Sürprizzz - Oyun qaydaları
İNDİ OYNA!
“Sürprizzz” virtual ani lotereyadır.
Yalnız 18 yaşdan yuxarı şəxslər oynaya bilərlər.
Bir oyun üçün ödəniş məbləği 1 manat - 25 manat arasındadır, maksimum təxmin edilən qazanc məbləği 25 000 manatdır.
Oyunun nəti̇cəsi̇ kompüter alqoritmləri ilə müəyyənləşir.
Necə oynanılır?
- “Sürprizzz” elektron Poz-Qazan tipli virtual ani lotereyadır.
- Oyun parametrləri oyun başlandıqda seçilir və oyun zamanı dəyişiklik etmək mümkün deyil.
- Oyna düyməsi̇ seçi̇ldi̇kdən sonra yeni̇ oyun başlayır. Bir oyun oynamaq üçün "Oyna" və ya 20 oyuna qədər avtomatik oynamaq üçün Avto Oyun düyməsi seçilir.
- 3 və daha çox birləşmiş eyni rəngli hədiyyə qutuları müvafiq uduş sayğacında toplanır, onların yerinə yeni hədiyyə qutuları gəlir.
- Uduş sayğacında toplanan eyni rəngli hədiyyə qutularının sayı 10-a çatanda tam dolmuş sayılır və altdakı uduş məbləği qazanılır.
- Uduş sayğacındakı uduş məbləğlərini 5X, 10X, və 100X artırmaq üçün müvafiq olaraq ən az 3 çarpan etiketi tapmaq lazımdır.
- Ani uduş məbləğini qazanmaq üçün QIZIL HƏDİYYƏ QUTUSUnu tapmaq lazımdır.
Uduşların verilməsi:
- Uduşlardan ödəniş məbləği və 500 manat çıxıldıqdan sonra qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
- Ödəniş oyun sessiyası başa çatdıqdan sonra oyunçunun balansına yüklənir.
07.11.2023-cü il tarixində 259 nömrə ilə Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmış “Sürprizzz” virtual ani lotereyasının qüvvədə olan müddəti: 23 Noyabr 2023-cü il – 23 noyabr 2025-ci il.