"Şanslı 6" virtual lotereyasını İNDİ OYNA!
Yalnız 18 yaşına çatmış şəxslər oyunda iştirak edə bilərlər.
Bir oyun üçün ödəniş məbləği: 1-10 manat aralığı
Maksimum uduş məbləği: 100 000 manat.
Necə oynanılır?
Oyun 48 nömrədən ibarətdir və hər tiraj virtual lototrondan təsadüfi üsulla 35 nömrənin çıxarılması ilə baş tutur. Hər 5 dəqiqədə bir tiraj keçirilir.
Nömrələr hər qrupda 6 rəqəm olmaqla 8 qrupdan ibarətdir. Hər qrup fərqli rənglərlə ayrılıb. Rənglər üzrə qruplara ayrılan nömrələr aşağıdakı kimi formalaşıb:
Mərc növləri:
Şanslı 6: Oyuna başlamaq üçün 48 nömrə arasından 6 rəqəm seçilməlidir.
Hər tirajda virtual lototrondan 48 nömrədən 35 nömrə çıxarılır.
Əgər seçilmiş 6 nömrənin hamısı, çıxarılmış 35 nömrə arasında olarsa, mərc uduşlu sayılır və uduş məbləği sonuncu (6-cı) uyğun gələn rəqəmin göstərilən əmsalına uyğun olaraq hesablanır.
6 nömrə bir rəng: Oyuna başlamaq üçün hər hansı rəng qrupu seçilməlidir. Çıxan 35 nömrədən həmin rəng qrupuna aid olan nömrələrin hamısı çıxarsa, mərc uduşlu sayılır.
İlk 5 nömrə tək yoxsa cüt: İştirakçı ilk çıxacaq 5 nömrədə tək, yoxsa cüt nömrələrin üstün olacağını təxmin edir.
İlk nömrə tək yoxsa cüt: İştirakçı ilk çıxacaq nömrənin tək, yoxsa cüt olacağını təxmin edir.
İlk nömrələrin cəmi alt yoxsa üst: İştirakçı ilk çıxacaq 5 nömrənin cəminin 122.5 sayından az, yoxsa çox olacağını təxmin edir.
İlk çıxan nömrə alt yoxsa üst: İştirakçı ilk çıxacaq rəqəmin 24.5 sayından az, yoxsa çox olacağını seçir.
İlk nömrənin rəngi: İştirakçı ilk çıxacaq nömrənin rəngini təxmin edir. Çıxan ilk nömrənin rəngi təxmin edilən rəngə uyğun olarsa, mərc uduşlu sayılır.
İlk 5 nömrədən biri: İştirakçı ilk çıxacaq 5 nömrədən birini təxmin edir. Çıxan ilk 5 rəqəmdən biri təxmin edilən rəqəmə uyğun olarsa, mərc uduşlu sayılır.
Növbəti tirajlar üçün mərclər: İştirakçı hər hansısa mərc növünü növbəti 10 mərc üçün edə bilər. Bu halda hər tiraj üçün mərc həmin tirajın nəticəsinə uyğun olaraq dəyərləndiriləcək.
“Şanslı 6” virtual lotereyası 26.04.2024-cü il tarixində Dövlət Vergi Xidməti tərəfindən 268 nömrə ilə qeydiyyata alınıb. Lotereyanın qüvvədə olan müddəti: 02.05 2024 – 02.05.2027.