Manatomik - Oyun qaydaları
İNDİ OYNA!
“Manatomik” Poz-Qazan tipli virtual ani lotereyadır.
Yalnız 18 yaşdan yuxarı şəxslər oynaya bilərlər.
Bir oyun üçün ödəniş məbləği: 20 qəpik – 30 manat aralığı.
Böyük uduş məbləği: 300 000 manat.
Oyunun nəti̇cəsi̇ kompüter alqoritmləri ilə müəyyənləşir.
Necə oynanılır?
- Oyun parametrləri oyun başlandıqda seçilir və oyun zamanı dəyişiklik etmək mümkün deyil.
- Oyna düyməsi̇ seçi̇ldi̇kdə yeni̇ oyun başlayır. Bir oyun oynamaq üçün Oyna, 20 oyuna qədər avtomatik oynamaq üçün Avto Oyun düyməsi seçilir.
- Oyun sahəsi MOLEKULYAR KUB, onun ətrafındakı mükafat məbləğləri və daxilindəki cığırlardan ibarətdir.
- Oyun sahəsində cığırlar düzülür və bütün cığır tamamlanıb çəhrayı rəngə çevrildikdə və MOLEKULYAR KUBun ətrafından işıqlandıqda uduş qazanılır.
- Uduşlu cığırların üzərində təsadüfi yaranan 2X, 5X, və 10X ÇARPAN simvolları uduşu müvafiq olaraq 2, 5 və 10 dəfə artırır.
- Oyun cığırının üzərində SINAQ BORUSU simvolu yaranarsa, ATOMİK BONUS OYUNU başlayır.
- ATOMİK BONUS OYUNU 9 xanadan ibarət 3x3 şəbəkəli lövhədən ibarətdir.
- BİR SINAQ BORUSU simvolu, İKİ SINAQ BORUSU simvolu, ÜÇ SINAQ BORUSU simvolu, SIFIRLA simvolu və ya X simvolunu tapmaq üçün hər hansı ATOM simvolu seçilir.
- Hər hansı SINAQ BORUSU simvolu tapıldıqda həmin sınaq borusu simvollarının müvafiq sayına görə uduş sayğacı dolur.
- SIFIRLA simvolu tapıldıqda, SEÇİM HAQQI yenidən 3-ə qalxacaq və oyun şəbəkəsindəki doqquz ATOM simvolunun hamısı yenilənəcək.
- X simvolu tapıldıqda, SEÇİM HAQQI bir vahid azalacaq və sayğac dəyişməyəcək. ATOMİK BONUS OYUNU sayğacda göstərilən ən yüksək uduşa çatdıqda və ya SEÇİM HAQQI 0 olduqda başa çatır.
Uduşların verilməsi:
- Uduşlardan ödəniş məbləği və 500 manat çıxıldıqdan sonra qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.
- Ödəniş oyun sessiyası başa çatdıqdan sonra oyunçunun balansına yüklənir.
11 iyun 2024-cü il tarixində 273 nömrə ilə Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmış “Manatomik” virtual ani lotereyasının qüvvədə olan müddəti: 12 iyun 2024-cü il – 12 iyun 2026-cı il.