Loading...
Tariximiz

"Azərlotereya" Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2001-ci il tarixli, 599 saylı fərmanına əsasən, Azərbaycan Respublikasında lotereya fəaliyyətini təkmilləşdirmək, vətəndaşların hüquqları və qanunu mənafelərinin qorunmasını ardıcıl təmin etmək, lotereyanın keçirilməsindən dövlət büdcəsinə daxil olmaların artırılmasına və lotereya fəaliyyəti sahəsində dövlət nəzarətini daha da gücləndimək məqsədi ilə yaradılmışdır.

Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində bütün növ lotereyaların (malların satışı və xidmətlərin göstərilməsi ilə müşayiət olunan lotereyalar istisna olmaqla) buraxılması, təşkili və keçirilməsi fəaliyyətini "Azərlotereya" ASC həyata keçirir. Lotereyanın buraxılmasına, təşkilinə və keçirilməsinə dövlət nəzarətini isə Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Sədri 23 fevral 2003-cü il tarixli, 50 saylı əmrlə "Azərlotereya" ASC tərəfindən Azərbaycan Respublikasında bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsini tənzimləyən qaydaları təsdiq etmişdir.

8 iyun 2003-cü il tarixindən 12 iyun 2003-cü tarixinədək Çex Respublikasının Praqa şəhərində keçirilən Avropa Dövlət Lotereyalar və Toto Assosiyasiyasının növbəti konqresində "Azerlotereya" ASC həmin Assosiyasiyaya qəbul edilmişdir. Qəbul etmə mərasimi 11 iyun 2003-cü il tarixində Assosiasiyanın Baş Assambleyasında keçirilmişdir. Həmin konqresdə Avropanın müxtəlif Ölkələrindən 88 dövlət lotereya şirkəti daimi üzv şəkilində iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidenti “Azərlotereya” ASC-nin idarəetməyə verilməsi barədə 16 yanvar 2021-ci ildə Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə əlaqədar İqtisadiyyat Nazirliyinin təsisçisi olduğu “Azərlotereya” ASC-nin Türkiyənin dünyada nüfuzlu “Demirören Şans Oyunları Yatırımları A.Ş.” şirkətinin törəmə müəssisəsi olan “YMT Sans B.V.” şirkətinə 10+5 illik müddətə idarəetməyə verilməsi ilə bağlı 27 fevral 2021-ci ildə müqavilə imzalanıb.

“Demirören Holding” Türkiyənin ən aparıcı lotereya oyunlarının təşkilini həyata keçirir. İtaliyanın məşhur oyun operatoru “Sisal SpA” ilə ortaq təşəbbüs quran “Demirören Holding” 2019-cu ildə Türkiyənin milli lotereyası “Milli Piyango”nun yaxın 10 il üçün əməliyyat hüquqlarını əldə edib. Holdinq ən müasir beynəlxalq oyun texnologiyalarının idxalı ilə də məşğuldur.

"Demirören Holding" investisiya proqramını davam etdirməklə Azərbaycan Respublikasının lotereya şirkətinin idarəetməsini öz üzərinə götürmüşdür. Şirkət qlobal miqyasda lider olmaq vizyonuna daxil olan lotereya oyunları sektoruna ilk xarici yatırımını "Azərlotereya" ASC-nin idarəetməsini öz üzərinə götürməklə həyata keçirmiş oldu. Bu, Holdinqə lotereya və idman mərc oyunlarını, qabaqcıl texnologiyaları, bazar üçün spesifik məhsulları və məsul oyunçu prinsiplərini Azərbaycan bazarına təqdim etməyə imkan verəcəkdir.

 

Missiya

Müştərilərə əyləncəli və şəffaf oyun təcrübəsi yaradan və Azərbaycanda müxtəlif sosial layihələri və fəaliyyətləri dəstəkləyən lotereya oyunları və idman mərc xidmətlərinin etibarlı təşkilini təmin etmək

 

Məqsəd

İnsanların rifah halının yüksəlməsi və cəmiyyətə töhfə verməsi üçün şəffaf və məsuliyyətli lotereya və idman mərc oyunları təcrübəsi yaratmaq

 

Baxış

Azərbaycanda sevilən lotereya və aparıcı idman mərc oyunları brendi olmaq və cəmiyyətə mühüm töhfə vermək

 

Dəyərlər

Müştəriyönümlülük, dürüstlük, etibarlılıq, sosial məsuliyyət

 

"Demirören Holding" haqqında:

Türkiyənin ən məşhur holdinqlərindən biri olan "Demirören Holding" hazırda Türkiyə Cümhuriyyəti və beynəlxalq arenada uzunmüddətli və davamlı sərmayə yatırımı həyata keçirmək, iqtisadiyyatda əlavə dəyər yaratmaq, ölkəni ixtisaslı işçi qüvvəsi ilə təmin etmək məqsədilə KİV, daşınmaz əmlak, turizm, təhsil, texnologiyalar və lotereya oyunları kimi müxtəlif sahələrdə fəaliyyət göstərir. Türkiyədə Milli Lotereya da daxil olmaqla, lotereya oyunlarının təşkili üçün Türkiyənin Sərvət Fondu (TSF) tərəfindən 10 il müddətinə səlahiyyətləndirilən, "Spor Toto İddaa" kimi tanınan idman yarışları əsasında mərc oyunları tenderini amerikalı tərəfdaşı "Scientific Games" ilə birlikdə qazanan, habelə qanuni elektron diler Misli.com-un da daxil olduğu "Demirören Holding" şirkəti yaratdığı iş yerləri və əlavə dəyər sayəsində ölkə iqtisadiyyatına böyük töhfə verir.

 
TV Yayım Təqvimi Misli.az-da Oyna