"Azərlotereya" ASC tərəfindən keçirilən "Kart Manat 2" ani lotereyasının oyun qaydaları: Lotereya biletinin üzərində “uduş” lövhəsi, “bonus” xanası və 9 ədəd oyun xanası (Oyun 1, oyun 2, oyun 3, oyun 4, oyun 5, oyun 6, oyun 7, oyun 8 və oyun 9) əks olunub. “Uduş” lövhəsinin, “bonus” xanasının və “oyun” xanalarının qoruyucu səthlərini pozmaq lazımdır . “Bonus” xanası, “oyun” xanalarında udulan məbləği dəfələrlə artırmaq şansını verir (x1, x2, x4, x5). Oyunun mahiyyəti: “üstüörtülü” xanaları pozduqdan sonra “uduş” lövhəsində əks olunan məbləğ oyun xanasında (xanalarında) əks olunun məbləğ ilə üst üstə düşərsə bilet uduşlu sayılır və “uduş” xanasındakı məbləği qazanmış olur.
Uduş məbləği (manatla) | Uduşlu biletlərin sayı (ədədlə) | Uduşların ümumi məbləği (manatla) | 10 faiz dərəcə ilə vergi tutulandan sonra ödənilən məbləğ (manatla) |
1 (bir) | 900 000 | 900 000 | 1,00 |
2 ( iki ) | 400 000 | 800 000 | 2,00 |
5 ( beş ) | 100 000 | 500 000 | 5,00 |
10 (on) | 25 000 | 250 000 | 10,00 |
20 (iyirmi) | 7 500 | 150 000 | 19,10 |
50 (əlli) | 2 000 | 100 000 | 46,10 |
100 (bir yüz) | 1 000 | 100 000 | 91,10 |
1 000 (bir min) | 50 | 50 000 | 901,10 |
5000 (beş min) | 14 | 70 000 | 4501,10 |
10000 (on min) | 3 | 30 000 | 9001,10 |
50000 (əlli min) | 1 | 50 000 | 45001,10 |
Cəmi | 1435 568 | 3000 000 |
Lotereya biletinin üz tərəfində əks olunan "Pozmaq olmaz" yazısı pozulduğu halda bilet etibarsız sayılır və həmin bilet üzrə uduş ödənilmir.
"Kart Manat 2" ani lotereyası 25.06.2020-ci il tarixində ARMB tərəfindən qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi 175.