Şahmat 2
"Azərlotereya" ASC tərəfindən keçirilən "Şahmat 2" ani lotereyasının oyun qaydaları: Lotereya biletinin üzərində şahmat lövhəsi və bonus xanası əks olunub. Şahmat lövhəsində 9 (doqquz) xana (3 üfüqi sıra və 3 şaquli sütun) var. Lotereya biletinin uduşlu olması, eyni fiqurun təsvirinin üfüqi, şaquli və ya diaqonal xətt üzrə müəyyən olunmasından ibarətdir. Oyun lövhəsinin və “bonus” xanasının qoruyucu səthlərini pozmaq lazımdır. Oyunun mahiyyəti “üstüörtülü” oyun xanalarını pozduqdan sonra üfüqi, şaquli və ya diaqonal xətt üzrə 3(üç) ədəd eyni şahmat fiqurunun təsviri əks olunarsa bilet uduşlu sayılır və uyğun xətdə göstərilən uduş məbləğini qazanmış olur. Bilet bir neçə oyun zonası üzrə uduşlu olarsa, uduşlar cəmlənir. “Bonus” xanası, oyun zonalarında udulan məbləği dəfələrlə artırmaq şansını verir (x1, x2, x4, x5).
Uduş məbləği (manatla) | Uduşlu biletlərin sayı (ədədlə) | Uduşların ümumi məbləği (manatla) |
10 faiz dərəcə ilə vergi tutulandan sonra ödənilən məbləğ (manatla)
|
1 (bir) | 630 000 | 630 000 | 1,00 |
2 ( iki ) | 180 000 | 360 000 | 2,00 |
5 ( beş ) | 60 000 | 300 000 | 5,00 |
10 (on) | 12 000 | 120 000 | 10,00 |
20 (iyirmi) | 2 400 | 48 000 | 19,10 |
50 (əlli) | 900 | 45 000 | 46,10 |
100 (bir yüz) | 300 | 30 000 | 91,10 |
500 (beş yüz) | 54 | 27 000 | 451,10 |
1 000 (bir min) | 30 | 30 000 | 901,10 |
5 000 (beş min) | 12 | 60 000 | 4 501,10 |
25 000 (iyirmi beş min) | 6 | 150 000 | 22 501,10 |
Cəmi | 885 702 | 1 800 000 |
|
Lotereya biletinin üz tərəfində əks olunan "Pozmaq olmaz" yazısı pozulduğu halda bilet etibarsız sayılır və həmin bilet üzrə uduş ödənilmir.
"Şahmat 2" ani lotereyası 07.11.2019-cu il tarixində AR MBNP tərəfindən qeydiyyata alınmışdır. Qeydiyyat nömrəsi 170.