Loading...
Qızıl 4 - Oyun qaydaları

Lotereya biletinin qiyməti: 1 (bir) manat.

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı: 45 360 000 (Qırx beş milyon üç yüz altmış min) ədəd. Biletin nömrəsi biletin aşağı hissəsində qeyd olunmuşdur.

Lotereya biletlərinin satışı satış məntəqələrində həyata keçirilir.

Uduş fondunun tərkibi:

 

Uduşların ümumi məbləği (manatla)

10 faiz dərəcə ilə vergi tutulduqdan sonra ödənilən məbləğ (manatla)

Uduşlu biletlərin sayı (ədədlə)

Uduşların ümumi məbləği (manatla)

1

1,00

4 246 020

4 246 020

2

2,00

3 564 000

7 128 000

5

5,00

1 775 520

8 877 600

10

10,00

560 520

5 605 200

20

20,00

103 680

2 073 600

40

40,00

3 240

129 600

100

100,00

3 171

317 100

1,000

950,10

81

81 000

25,000

22 550,10

9

225 000

 

Satışa buraxılmış lotereya biletlərinin ümumi sayı – 45 360 000 (Qırx beş milyon üç yüz altmış min) ədəddir. Uduşlu biletlərin sayı – 10 256 241( On milyon iki yüz əlli altı min iki yüz qırx bir) ədəd, uduş fondunun məbləği – 28 683 120 (İyirmi səkkiz milyon altı yüz səksən üç min yüz iyirmi) manat (63,23%).

 “Qızıl 4” ani lotereyasının qüvvədə olan müddəti: 07 fevral 2022-ci il – 07 fevral 2025-ci il.

Uduş fondunun oynanılması qaydası:

Lotereya biletinin üzərində 6 (altı) ədəd “Qızıl külçədən ibarət” oyun xanası və 1 (bir) ədəd “BONUS OYUNU” xanası əks olunmuşdur. Oyunun mahiyyəti: “Üstüörtülü” “qızıl külçə”-lərin qoruyucu səthini pozduqdan sonra, 3 (üç) ədəd eyni məbləğ əks olunarsa, bilet uduşlu sayılır və bilet həmin məbləği qazanmış olur. “Üstüörtülü” “BONUS OYUNU” xanasını pozduqdan sonra *PUL* işarəsi əks olunarsa bilet uduşlu sayılır və  bilet “BONUS OYUNU” xanasının altındakı məbləği qazanmış olur. Örtülü xanaların hər hansı bir başqa kombinasiyası biletin uduşsuz olduğunu göstərir. Toplam uduş – oyun xanasındakı uduş məbləği ilə “BONUS OYUNU” xanasındakı uduş məbləğinin cəmi ilə müəyyən olunur.

"Qızıl 4" ani lotereyasında uduşlu lotereya biletinin "Azərlotereya" ASC  tərəfindən qəbulu müddəti lotereyanın keçirilməyə başlandığı tarixdən başlayır və lotereyanın keçirilməsi başa çatdığı tarixdən ən azı 90 (doxsan) iş günü davam edir. Uduş "Azərlotereya" ASC tərəfindən uduşlu lotereya bileti qəbul edildiyi tarixdən etibarən 30 (otuz) iş günündən gec olmayaraq verilir (ödənilir).

3 000 (üç min) manatadək (daxil olmaqla) məbləğdə olan uduşlar lotereya biletlərinin satış məntəqələri tərəfindən, 3 000 (üç min) manatdan böyük məbləğdə olan uduşlar “Azərlotereya” ASC tərəfindən bank vasitəsi ilə ödənilir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən lotereyaların keçirilməsindən pul şəkilində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı  ödənilən pul vəsaiti və uduş məbləğinin 500 (beş yüz) manat hissəsi çıxılmaqla qalan məbləğdən 10 faiz dərəcə ilə vergi tutulur.  

Lotereya biletlərinin üzərində əks olunan, uduşlu olub olmamasının təyin edildiyi məlumatlar zədələndiyi halda bilet etibarsız sayılır və həmin biletlərə uduş ödənilmir.

18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.

 “Qızıl 4 ” ani lotereyası 23 noyabr 2021 – ci il tarixində 190 qeydiyyat nömrəsi ilə AR MB tərəfindən qeydiyyata alınmışdır

 

TV Yayım Təqvimi Misli.az-da Oyna