Loading...
2021.08.04
Yeni “Poz Qazan” ani lotereyaları artıq satışda

“Azərlotereya” ASC yeni “Poz Qazan” ani lotereyalarını satışa buraxıb. Daha əyləncəli və daha həyəcanlı ani kartlar - “Qızıl”, “Şans ulduzu” və “Brilliant” 01 avqust tarixindən etibarən satışa çıxarılmışdır.


Bu kartlar “Azərlotereya” ASC-nin dünyanın aparıcı lotereya oyunları şirkətlərindən biri olan “Scientific Games” (ABŞ) ilə əməkdaşlığı çərçivəsində hazırlanıb. “Azərlotereya” ASC-nin yeni ani lotereyaları “Scientific Games”-in Böyük Britaniyanın Lids şəhərində yerləşən yüksək texnologiyalı və təhlükəsiz müəssisələrində dünya standartlarına uyğun müasir lotoreyaların alqoritmləri əsasında istehsal olunur.


Ani lotereyalar uduş fondu və böyük uduşların məbləğinə görə də fərqlənir. “Qızıl” ani lotereyasında böyük uduş 25.000 (iyirmi beş min) manat, “Şans ulduzu” ani lotereyasında 50.000 (əlli min) manatdır. Böyük uduşun “Brilliant” ani lotereyasında məbləği isə 100.000 (bir yüz min) manatdır.


Yeni “Poz Qazan” biletlərini lotereya satış nöqtələrində əldə etmək mümkündür. “Qızıl”, “Şans ulduzu” və “Brilliant” ani lotereyalarını əldə edərək “Azərlotereya” ilə şansınızı gözlətməyin.

TV Yayım Təqvimi Misli.az-da Oyna