Loading...
2021.10.18
“Brilliant” ani lotereyasında növbəti böyük uduş – 100.000 manat qazanıldı

“Azərlotereya” ASC tərəfindən təşkil olunan “Brilliant” ani lotereyasında növbəti böyük uduş 100.000 manat qazanıldı. Şanslı biletin qalibi Bakı sakini Günay Abbasova oldu.

Günay Abbasova böyük uduşu Meyvəli bazarında udduğunu deyir. “Hər gün bir lotereya bileti alıb, bəxtimi sınayıram. Bu dəfə bazarda lotereya satıcısını gördüm və lotereya almaq qərarına gəldim, yenə də bir lotereya aldım. 100.000 manat qazandığımı gördükdə sevincimin həddi-hüdudu yox idi. Bundan sonra da lotereya almağa davam edəcəyəm.” – deyə Günay Abbasova söyləyir.

Qeyd edək ki, artıq “Brilliant” ani lotereyasının yeni seriyası da satışa verilib. Beləliklə növbəti 100.000 manat və milyonlar dəyərində digər uduşlar öz sahiblərini gözləyir.

Yeni seriya “Brilliant” ani lotereyalarını satış nöqtələrində əldə etmək mümkündür. “Azərlotereya” ilə yeni “Qızıl”, “Şans ulduzu” və “Brilliant” ani lotereyalarını əldə edərək milyonlarla uduş qazanma şansınızı gözlətməyin.

TV Yayım Təqvimi Misli.az-da Oyna