Loading...
2021.11.04
“Azərlotereya” ASC Zəfər Günü münasibəti ilə film hazırlayıb

“Azərlotereya” ASC Zəfər Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etmək üçün “Zəfər səhəri” adlı filmi hazırlayıb. İnternet saytımızda və sosial şəbəkələrimizdə yayımlanan “Zəfər səhəri” izləyicilərin marağına səbəb olub.

“Zəfər səhəri”-nin süjet xətti Azərbaycan xalqının qalib obrazını göstərmək, insanların qələbə sevincini paylaşmaq, cəmiyyətimizdə qazilərə hörmət və ehtiramı tərənnüm etmək məqsədi daşıyır. Vətən sevgisi, qazanılan qələbənin insanlarda yaratdığı böyük coşqu hissi, sevinc və kədərin qarşılıqlı çulğaşması və şəhid Xudayar Yusifzadənin ifası filmə xüsusi emosional aura verib.

Filmdə “Azərlotereya” ASC əməkdaşı 44 günlük Vətən savaşı iştirakçısı Ramin Abdullayev də rol alıb. Ramin Abdullayevlə yanaşı “Azərlotereya” ASC-nin digər əməkdaşı Tural Mahmudov da Vətən müharibəsi qazisidir. Tural Mahmudov “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, Ramin Abdullayev isə “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. “Azərlotereya” ASC-nin əməkdaşı Qurbanəli Osmanov isə I Qarabağ savaşının iştirakçısıdır. Qurbanəli Osmanov Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin təsis etdiyi xatirə medalları, “Müharibə veteranı medalı”, “Milli Ordunun yaradılmasının 100 illiyinə həsr olunmuş medal”, “Böyük Zəfər medalı” ilə təltif edilib.

44 günlük Vətən savaşında Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə qazanılan şanlı qələbə 8 Noyabr Zəfər Günü münasibəti ilə qəhrəman ordumuzu, məğrur xalqımızı təbrik edir, şəhidlərimiz və qazilərimiz qarşısında baş əyirik. Zəfər Günümüz Mübarək!

TV Yayım Təqvimi Misli.az-da Oyna