Loading...
2021.12.29
“Azərlotereya” ASC-nin ani lotereyaları “Optimal” mağazalarında satışa çıxarıldı!

"Azərlotereya" ASC ani lotereyalarının satış arealı genişləndirilir. Şirkət “Brilliant”, “Şans ulduzu” və “Qızıl” ani lotereyalarının satışının daha səmərəli təşkili və satış arealını genişləndirmək məqsədi ilə “Optimal Elektronika” MMC ilə əməkdaşlığa başladı. 

Tərəflər arasında bağlanmış müqaviləyə əsasən ani lotereyaların satışı “Optimal” mağazalarında da həyata keçirilir.

Lotereya həvəskarları 17 dekabr 2021-ci il tarixindən etibarən “Brilliant”, “Şans ulduzu” və “Qızıl” ani lotereyalarını “Optimal” mağazalarında əldə edə bilirlər. Satışlar “Optimal Elektronika”-nın 80 mağazasında həyata keçirilir.

“Optimal” mağazalarında çalışan əməkdaşlara ani lotereyaların satışı, biletlərin yoxlanılması, uduşların verilməsi və digər zəruri prosedurların yerinə yetirilməsi üçün təlimlər təşkil olunmuş, onlara satışların həyata keçirilməsi ilə bağlı məlumatlar verilmişdir.

Qeyd edək ki, Azərlotereya ASC-nin daha həyəcanlı və daha əyləncəli ani lotereyaları 100.000 manatlıq böyük uduşları və milyonlarca uduş şansını təqdim edir.

Ətraflı məlumatı www.azerlotereya.comwww.optimal.az saytından əldə edə bilərsiniz.

TV Yayım Təqvimi Misli.az-da Oyna