2021.12.27
252 133 manat uduldu!
“Azərlotereya” ASC-nin təşkil etdiyi “6/40” tirajlı lotereyasında “Cek Pot” uduldu. 27 dekabr 2021-ci il tarixində “Azərlotereya” ASC tərəfindən təşkil olunan “6/40” tirajlı lotereyasının növbəti tirajı keçirlib. “6/40” tirajlı lotereyasının 3027-ci tirajı iştirakçılardan biri üçün çox şanslı olub. Toplanan “Cek Pot” məhz bu dəfə öz sahibini tapıb. 252 133 (iki yüz əlli iki min bir yüz otuz üç) manat təşkil edən “Cek Pot” pul mükafatı “Azərlotereya” ASC-nin “054393” nömrəli bileti tərəfindən qazanılıb. Xatırladaq ki, “6/40” tirajlı lotereyasının biletlərini lotereya satış məntəqələrindən və www.azerlotereya.com internet səhifəsindən əldə etmək olar.
“6/40” tirajlı lotereyasının oyun qaydaları: Lototrona 1-dən 40-dək işarələnmiş şarlar (çəllək) yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən 6 (altı) ədəd şar (çəllək) çıxarılır. Çıxarılmış 6 (altı) şarın (çəllək) nömrələri lotereya biletindəki variantın nömrələrinin 6 (altı)-sı, 5 (beş)-i, 4 (dörd)-ü və 3 (üç)-ü ilə uyğun gələrsə bilet uduşlu sayılır. 6 (altı) rəqəmi uyğun gələn biletin variantı “Cek Pot”a sahib olur. 18 (on səkkiz) yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.