Loading...
2022.05.16
“Azərlotereya” ASC “Bakı Marafonu-2022”-nin tərəfdaşı oldu!

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı Marafonu - 2022” mayın 15-də təşkil olundu.

“Bakı Marafonu - 2022”-nin tərəfdaşlarından biri də “Azərlotereya” ASC idi. Sağlam həyat tərzinin təbliğinə və idmanın populyarlaşdırılmasına önəm verən şirkət korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində yarışda iştirak edərək layihəyə dəstək oldu.

Marafonda 15 minədək iştirakçı yarışıb. Yarışın əyləncə zonasında iştirakçılar “Azərlotereya” stendinə yaxınlaşaraq şirkətin məhsulları ilə tanış olmaq və şanslarını yoxlamaq fürsəti əldə ediblər.

Qeyd edək ki, “Azərlotereya” ASC “Uğurlu 7” ani lotereyasının bazara buxarılması ilə əlaqədar olaraq “Bakı Marafonu - 2022”-də 7-ci, 77-ci və 777-ci yer tutmuş qalibləri mükafatlandıracaqdır.

Sağlam həyat tərzini təbliğ etmək və idmanın inkişafına dəstək göstərmək məqsədilə keçirilən Bakı marafonu 2016-cı ildən bəri təşkil olunur. “Küləyə qalib gəl” şüarı altında keçirilən yarışın başlanğıc və finiş nöqtəsi Dövlət Bayrağı Meydanında oldu və 21 kilometrlik məsafəni əhatə etdi. Burada Azərbaycan vətəndaşları ilə yanaşı, ölkəmizdə yaşayıb çalışan əcnəbilər, bir sıra digər ölkələrdən iştirakçılar, tələbələr, eləcə də daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər iştirak edib.

TV Yayım Təqvimi Misli.az-da Oyna