“Azərlotereya” ASC tərəfindən təşkil edilən “6/40” tirajlı lotereyasında 101.119 manat dəyərində “Cekpot” qazanıldı.
“Azərlotereya” ASC tərəfindən təşkil edilən “6/40” lotereyasının 22195 saylı tirajında 101.119 manat dəyərində “Cekpot”un sahibi bəlli olub. Böyük mükafatın şanslı qalibi olan Bakı sakini metronun “Elmlər Akademiyası” stansiyası girişində yeni açılmış lotereya satış nöqtəsində aldığı biletdə 27, 11, 39, 30, 9 və 22 rəqəmlərini seçərək “Cekpot” qazanıb.
Növbəti tirajlarda “Cekpot”un daha böyük məbləğ olması üçün “Azərlotereya” ASC öz büdcəsi hesabına “Cekpot”-a 20.000 manat məbləğində pul mükafatı ayırıb.
Lotereya satış nöqtələrində lotereya biletləri əldə edərək şansınızı sınayın. Lotereya biletlərini “Misli” məntəqələri, “Elmlər Akademiyası”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Xətai” metro stansiyalarının girişində əldə etmək mümkündür. Bir biletin minimum qiyməti bir manat təşkil edir.
“6/40” tirajlı lotereyasının oyun qaydalarına görə lototrona 1-dən 40-dək işarələnmiş şarlar yerləşdirilir. Şarlar qarışdırılır və təsadüf prinsipinə əsasən altı ədəd şar çıxarılır. Çıxarılmış altı şarın nömrələri lotereya biletindəki variantın nömrələrinin altısı, beşi, dördü və üçü ilə uyğun gələrsə bilet uduşlu sayılır. Altı rəqəmi uyğun gələn variantın bileti “Cekpot”-a sahib olur.
18 yaşına çatmış şəxslər könüllü şəkildə lotereya oyununda iştirak edə bilər.
“6/40” tirajlı lotereyası həftənin yeddi günü, saat 20.30-da “Azərlotereya TV” rəsmi Youtube kanalı vasitəsilə canlı olaraq yayımlanır.