Loading...
2022.07.14
Quba sakini lotereyada 100.000 manat qazandı

Ölkənin rəsmi lotereya təşkilatçısı və qanuni idman mərc oyunları operatoru “Azərlotereya” ASC-nin yeni satışa çıxarılan “Zümrüd” ani lotereyasında böyük uduş- 100.000 manat qazanılıb. “Zümrüd”ün böyük mükafatı eyni gündə aldığı 7 ani lotereya biletindən birində Quba sakini Mirələkbərov Mirbağır Mirsaleh oğluna qismət olub.

Uzun illər usta kimi çalışan, hazırda təqaüdlə dolanan qalib ən böyük arzusu - ev almaq istəyini həyata keçirəcəyini bildirib: “Ömrüm boyu zəhmətlə çalışmışam, çatdıra bilməmişəm, ev almaq qismət olmayıb. Yaşadığımız ev ata mülkümüz idi. Qazandığım uduşla özümə ev alacağam”.

Ani lotereyalar ailəsinin yeni üzvü olan “Zümrüd”ün ümumi uduş fondunun məbləği 33.500.000 AZN təşkil edir. 10 ədəd biletdə ən böyük uduş - 100.000 AZN təklif edilən “Zümrüd”də artıq bir böyük uduşlu bilet sahibinə qovuşub.  15 ədəd biletdə isə 10.000 AZN qazanmaq şansı var.

Qiyməti 5 AZN olan lotereya biletlərinin ümumi sayı 10.000.000, uduşlu biletlərin sayı isə 2.611. 525 ədəddir. 

Qeyd edək ki, “Azərlotereya” ASC-nin digər ani lotereya biletlərində 200.000, 100.000, 50.000 və 25.000 manatlıq böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir.

TV Yayım Təqvimi Misli.az-da Oyna