Loading...
2022.08.03
“Azərpoçt” şöbələrində tirajlı lotereya biletlərinin satışına başlanıldı

Ölkənin şans oyunları üzrə rəsmi təşkilatçısı - “Azərlotereya” ASC lotereya həvəskarlarını sevindirməyə davam edir. Artıq tirajlı lotereya biletlərini “Azərpoçt” MMC-nin şöbələrindən də əldə edə bilərsiniz.

İlkin mərhələdə biletlərin satışına Yasamal rayonu 138 saylı, 8-ci mikrorayon 124 saylı  və Səbail rayonu 1 saylı poçt şöbəsində başlanılıb. Bölgələrdə isə Gədəbəy, Tovuz, Qazax, Zərdab, Qax, Oğuz, Ağcabədi, Cəlilabad, Göyçay, Sabirabad və Şamaxı şəhərlərinin mərkəzi poçt şöbələrindən tirajlı lotereyaları əldə etmək mümkündür. Tezliklə digər poçt şöbələrində də bilet satışının həyata keçirilməsi nəzərdə tutulub.

Hər gün saat 20:30-da “Xəzər” TV-nin canlı efirində “Super Keno”da 1.000.000 manat böyük uduş, “4+4” oyununda 800.000, “MEQA 5/36”da isə 70.000 manatdan böyük cekpota sahib ola bilərsiniz. Eyni zamanda, “Meqa 5” oyununda hər gün 1.000 manat uduş şanslı qalibini axtarır.

Dünya Lotereya Assosiasiyası, eləcə də Avropa Lotereyalar və Toto Assosiasiyasının üzvü olan “Azərlotereya” ASC oyunların təşkilində ən son texnoloji yenilikləri tətbiq edir. Bu sahədə şəffaflığın qorunması və təhlükəsizlik kimi məsələlərə ciddi yanaşan “Azərlotereya” ASC tirajlı lotereya oyunlarının keçirilməsində Fransanın “Akanis Technologies” şirkətinin müasir avadanlıqlarından istifadə edir.

TV Yayım Təqvimi Misli.az-da Oyna