“Azərlotereya” ASC-nin ani lotereyalarında hər gün minlərlə alıcı uduş sevinci yaşayır. Kimi aldığı bir biletlə böyük uduşa sahib olur, kimi qazandığı mükafatla arzularını reallaşdırır. Bu hekayədə əsas qəhrəmanlardan biri də onların müxtəlif sevinc hallarına tez-tez şahid olan satıcılardır.
10 ildən çoxdur ki, lotereya satışı ilə məşğul olan 56 yaşlı Zahid Qafarovun satdığı biletlərdən dəfələrlə böyük uduşlar qazanılıb. Həmin mükafatla ev sahibi olan da var, avtomobil alan da.
Zahid bəy qaliblərin sevincində satdığı biletlərin payı olduğu üçün sevindiyini deyir: “Şadam ki, satdığım lotereyalardan kimsə xeyir görür, ehtiyacını qarşılayır. Məsələn, birinin evi yox idi, getdi özünə ev aldı. Başqa birinin maşını yox idi, getdi həm özünə, həm də atasına maşın aldı. Lotereya bəxt işidir”.
Uzun illər lotereya bileti satan Mahir Əhmədovun balaca köşkündən isə neçə-neçə 50.000, 25.000, 10.000 manatlıq böyük uduşlar qazanılıb. İşinə həvəslə yanaşan Mahir bəyin qalib alıcıları arasında sevinclərini paylaşanlar kimi gizlədənlər də az olmayıb. O, neçə illik satış təcrübəsində qəribə sevinc nümunələri ilə rastlaşıb: “Məsələn, qalib olanda sevincdən ürəyi gedənlər olub. İçəri salmışıq, güclə ayıltmışıq. 1 000 manat belə udulsa, udandan sonra maraq artır. Bütün kənd yığışır buraya”.
25 ilə yaxın lotereya satışı ilə məşğul olan Əjdər bəyin də çox sayda şanslı alıcıları var. O bildirir ki, əksər alıcıların özünəməxsus bilet seçimi olur.
Bəli, lotereya şans oyunudur. Bəzən sadəcə bir bilet kifayətdir ki, həyatınız dəyişsin. Həmin uğurlu biletin qarşınıza çıxması üçün “Azərlotereya” ilə şansınızı gözlətməyin.
Daha ətraflı videoda: