Loading...
2022.12.21
“Azərlotereya” ASC-nin sponsorluğu ilə Bakıda Türk Filmləri festivalı keçirildi

“Azərlotereya” ASC-nin sponsorluğu ilə Nizami Kino Mərkəzində Türk Filmləri Festivalı keçirilib.

Ölkədə mədəniyyət və incəsənət sahəsinin inkişafına önəm verən “Azərlotereya”nın festivalın təşkilinə dəstək olmaqda məqsədi Azərbaycan və Türkiyə arasında mədəni əlaqələrin inkişafına töhfə verməkdir.

17-21 dekabr tarixlərində keçirilən festivalda məşhur türk filmləri böyük ekranlarda Azərbaycan dilində altyazı ilə nümayiş olunub, tanınmış türkiyəli kinorejissor Semih Kaplanoğlunun iştirakı ilə azərbaycanlı gənc kinosevərlər üçün ustad dərsi təşkil olunub. Həftə çərçivəsində Türkiyə kinematoqrafçılarının son illər istehsal etdikləri 7 yeni ekran əsərinin nümayişi baş tutub.

TV Yayım Təqvimi Misli.az-da Oyna