“Azərlotereya” ASC-nin “Poz-Qazan” oyunları sevindirməyə davam edir.
Növbəti böyük uduş “Qızıl” ani lotereyasında qazanılıb. Şanslı qalib Qəbələ rayon sakini Ramin Mirzəyev olub. Şans oyunlarında bəxtinin gətirdiyini deyən Ramin bəyə 25 000 manat böyük uduşu “Qızıl-7” ani lotereyası qazandırıb:
“Ara-sıra “Poz-Qazan” biletlərindən alır, pozur, müxtəlif uduşlar qazanıram. Şans oyunlarında bəxtim gətirir. Bir həftə əvvəl “10X”da 1 000 manat udmuşdum. Bu dəfə 3 “Qızıl” bileti aldım, birində 25 000 manat qazandım”.
Qeyd edək ki, “Azərlotereya” ASC-nin hazırda satışda olan “Poz-Qazan” biletlərində 200 000, 100 000, 50 000 və 25 000 manatlıq böyük uduş, eləcə də milyonlarla irili-xırdalı uduşlar qazanmaq şansı var.