Loading...
2023.03.28
“Azərlotereya” Türkiyədə zəlzələdən zərərçəkənlər üçün 5 yaşayış konteyneri ianə etdi

“Azərlotereya” ASC qardaş ölkəni dərindən sarsıdan zəlzələ fəlakəti ilə əlaqədar zərərçəkmişlərə yardımı davam etdirir. Şirkət Kahramanmaraş-Elbistanda 5000 nəfərlik yaşam şəhəri inşa edən DEİK-ə (Dış Ekonomik İletişim Kurumu) Xarici İqtisadi Əlaqələr Şurasına üzv olub.

“Azərlotereya” zəlzələ səbəbilə evsiz qalan vətəndaşları konteynerlərlə təmin edən DEİK-ə yardım edərək 5 konteyner ianə edib.

Ümumi dəyəri 140 170 TL olan bir konteynerdə mebel, məişət texnikası daxil yaşam üçün bütün ehtiyacları qarşılayan hər detal planlaşdırılıb. Burada sosial həyatı əhatə edən bütün infrastruktur sahələri də yer alacaq. DEİK yaşam şəhərinin aprel ayında tamamlanması nəzərdə tutulur.

Qeyd edək ki, “Azərlotereya” bundan öncə də Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) fonduna 15 000 000 TL ianə edib. Bununla yanaşı, heyətimiz ilk gündən zərərçəkənlərin əsas ehtiyaclarının qarşılanması məqsədilə yardım aksiyasına qoşulub. “Qardaş köməyi” platforması çərçivəsində vacib ehtiyac siyahısı üzrə humanitar yardım tırı yola salınıb.

İnanırıq ki, bir millət, iki dövlət olaraq bu fəlakətin yaralarını birlikdə sağaldacağıq!

TV Yayım Təqvimi Misli.az-da Oyna