Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı ilə Gəncə şəhərində “Qarabağ gecəsi” adlı xeyriyyə konserti keçirilib.
“Azərlotereya”nın dəstəyi ilə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi Gəncə Dövlət Filarmoniyasında baş tutan tədbirdə iştirak edib.
Qeyd edək ki, konsertdən əldə edilən vəsait Ağdam rayonu ərazisində yerləşən Pənahəli xanın İmarət kompleksinin bərpasına yönəldiləcək.