Loading...
2023.10.11
Yevlax sakini “Dan Ulduz”nda 100 000 manat qazandı

Yeni satışa çıxan “Dan Ulduzu” ani lotereyasında ilk böyük uduş qazanılıb. 100 000 manat qazanan şanslı qalib Yevlax sakini Fariz İbrahimov olub. O, qazandığı məbləğlə neçə illərdir köçmək istədiyi evini təmir etdirəcəyini bildirib.

Bir biletdə iki oyun təqdim edən “Dan Ulduzu”nda qazanmaq üçün 15 şans var.

Qiyməti 5 manat olan “Dan Ulduzu”nda ən böyük uduş məbləği 100 000 manatdır. Hazırda bu məbləğdə uduş olan biletlərin sayı 3 ədəddir. “Dan Ulduzu” 6 biletdə 10 000 manat, 500 biletdə isə 1000 manat, eləcə də milyonlarla digər müxtəlif məbləğli pul uduşları qazanmaq fürsəti verir.

“Dan Ulduzu” ani lotereya biletlərini lotereya satış nöqtələri, “Misli” məntəqələri və “Azərpoçt” şöbələrindən əldə etmək mümkündür.

TV Yayım Təqvimi Misli.az-da Oyna