Loading...
2024.05.01
“Poz-Qazan” oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir.

Çoxlarının sevimlisi “Poz-Qazan” oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay “Uğurlu 7” lotereyası Xaçmazda Ülkər Bayramovaya 50 000 manat qazandıraraq uğur gətirib. “Uğurlu 7”də daha bir 10 000 manat Sabirabadda udulub. Saatlıda isə “Qızıl” lotereyasında 25 000 manat şanslı qalibini tapıb.

Novruza özəl limitli sayda satışa çıxmış “Papaq at” lotereyasında da düz 6 ədəd biletdə 10 000 manat qazanılıb. Uduşlu biletlər Bakı, Naxçıvan, Gəncə, Quba və Ağcabədidən alınıb. Qaliblər arasında İsrail İsmayılov və Xəqani Bayramov olub.

Ağcabədidə daha bir 10 000 manatlıq bilet “Bombardir”də Samir Balakişiyevin qismətinə çıxıb. “Zümrüd” lotereyasında da 10 000 manatlıq uduş Bakı sakininə nəsib olub. Şəkidə isə “Şans yağışı” lotereyasında 10 000 manat qazanılıb.

Qeyd edək ki, “Poz-Qazan” oyunlarında 25 000-dən 200 000 manatadək böyük uduşlar şanslı qaliblərin yolunu gözləyir. Biletləri “Misli” və “Azərlotereya” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.

TV Yayım Təqvimi Misli.az-da Oyna