Loading...
2024.08.19
“Misli”nin sponsorluğu ilə keçirilən “GoalPlus SummerFest 2024” yekunlaşdı

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya”nın “Misli” brendinin sponsorluğu ilə keçirilmiş “GoalPlus SummerFest 2024” başa çatıb. Festivalın yekununda “Misli” brendinin dəstəyi ilə keçirilmiş U-19 və U-23 futbol turnirlərinin qalibləri mükafatlandırılıb. Qaliblərə kubok, medallar və digər qiymətli hədiyyələr təqdim olunub.

Futbol üzrə dörd liqada 88 komandanın mübarizə apardığı “Goal+Cup” turniri "Misli Cup" adlandırılıb. Festivalda 1200-dən çox həvəskar idmançı iştirak edib. EGP Arenada baş tutmuş oyunları ümumilikdə 10 000-dən çox tamaşaçı izləyib.

Yay festivalı çərçivəsində idman həvəskarları futbol izləməklə yanaşı, müxtəlif əyləncə zonalarında bir-birindən maraqlı yarışlarda iştirak ediblər. Belə ki, festival ərazisindəki “Misli” stendində muxləlif yarışlar təşkil olunub və qaliblərə hədiyyələr təqdim olunub. Həmçinin futbol, basketbol, voleybol, elektron idman oyunları və digər bir çox idman növlərində turnirlər təşkil olunub. Bundan başqa, futbol üzrə Avropa Çempionatının oyunları festival zonasında canlı yayımlanıb və azarkeşlər matçları birlikdə izləyiblər.

Qeyd edək ki, idmanın inkişafına önəm verən “Misli” artıq 2-ci dəfədir ki, bu festivala dəstək olub. Məqsəd sağlam həyat tərzinin təbliği və futbola olan marağın artırılması, eləcə də gənclərin asudə vaxtlarını səmərəli keçirə və idmanla məşğul ola bilmələri üçün əyləncə platformasının yaradılmasına töhfə verməkdir.

Qeyd edək ki, 15 iyunda başlamış festival 18 avqusta qədər davam edib.

TV Yayım Təqvimi Misli.az-da Oyna