“Azərlotereya”nın “Poz-Qazan” tarixində ən böyük uduş olan “Prestij” lotereyasında növbəti 500 000 manat qazanılıb. Uğurlu bilet Bakıda Qara Qarayev metrostansiyasının yaxınlığındakı satış nöqtəsindən alınıb.
Təxminən bir həftə öncə də paytaxtda “Prestij”dən 500 000 manat udulmuşdu. Qiyməti 10 manat olan “Prestij”də sıradakı ən böyük uduş – yarım milyon manat sahibini gözləyir. Həmçinin “Prestij”dən 50 000, 5 000 manat və müxtəlif irili-xırdalı uduşlar qazanmaq mümkündür.
“Azərlotereya”nın digər “Poz-Qazan” biletlərində də 200 000, 100 000, 75 000, 50 000 və 25 000 manatlıq böyük uduşlar şanslı qaliblərini axtarır.
Biletləri “Azərlotereya” və “Misli” satış nöqtələri, "Azərpoçt" şöbələri, şəhərimizin market və köşklərindən əldə etmək, həmçinin “Wolt”dan sifariş vermək mümkündür.